“Deyilən söz yadigardır” adlı ədəbi-bədii kompozisiya keçirildi

“Deyilən söz yadigardır” adlı ədəbi-bədii kompozisiya keçirildi

21 dekabr 2016-cı il tarixində kollecin ədəbiyyat kabinetində Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş “Deyilən söz yadigardır” adlı ədəbi-bədii kompozisiya keçirildi. Lənkəran Dövlət Humanitar Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə TGT-nın sədri Eyyub Məmmədov açaraq kompozisiyanın keçirilməsinin məqsəd və əhəmiyyəti haqqında məlumat verdi. Sonra kollecin ədəbiyyat müəllimi Şahəstə Mustafayeva xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı məruzə etdi. Daha sonra tələbələr Nərmin Məmmədzadə, Zeynəb Hüseynli, Leyla Qafarzadə, Sümarə Bağırzadə, Ləman Seyfullazadə, Eyyub Məmmədov və Fəridə Fərəcova şairin şer və poemalarından parçalar ifa etdilər və şairin öz səsiylə şeirləri səsləndirildi.

dsc_0839 dsc_0843 dsc_0849 dsc_0850 dsc_0852 dsc_0860 dsc_0862 dsc_0869 dsc_0872

Bir cavab yazın