Kollecdə növbəti açıq dərs keçirildi

Kollecdə növbəti açıq dərs keçirildi

25 noyabr 2021–ci il tarixində Kollecin müəllimi Naibə Ələskərovanın I kurs “Maliyyə işi” ixtisasında açıq dərsi keçirildi. Maraqlı disbut şəklində keçən dərsin mövzusu “Yoluxucu xəstəliklərə qarşı mübarizə”yə həsr olunmuşdu. Fənn müəllimi N.Ələskərova məlumat verərək bildirdi ki, Yoluxucu xəstəliklər hazırda dünyanın ən qlobal problemlərindən biridir. Demək olar ki, hər il yeni bir yoluxucu xəstəlik əmələ gəlir və bundan nə qədər insan tələf olur. Yoluxucu xəstəliyə yoluxma sadəcə öskürək, toxunma, öpüşmə və hətta nəfəsdən belə keçir. Ona görə bizlər adətən ayıq olmağa çalışırıq ki, onlara məlum olan yoluxucu xəstəliyə yoluxmuş xəstələrdən uzaq duraq. Ancaq həyatımızı təhdid edən bu xəstəliklər bizim güman etdiymizdən də təhlükəlidir və yuxarıda qeyd edilən hərəkətləri etməsək belə təhlükədən sovuşmuş sayılmarıq. Çünki risk qulağımızın dibindədir, infeksiya hər yerdədir. Dünya üzrə sağlamlıq ekspertləri həyəcan təbili çalırlar ki, yoluxucu xəstəliklər, demək olar, nəzarətdən çıxmış vəziyyətdədir. Qlobal yoluxucu xəstəliklər – SARS, donuz qripi, Ebola və Zika hazırda dünyada nə qədər insanın ölümünə səbəb olub. 2014–2016–cı illərdə Ebola epidemiyasına 28 000 nəfər yoluxub, bunlardan 11 000 nəfəri ölümlə nəticələnib. 2017–ci ilin mart ayının 10–a qədər 84 ölkədə Zika virusu aşkar edilib. Bu xəstəlik 1940–cı ildə aşkar edilib, ilk dəfə 2007–ci ildə Mikronezya ölkəsində yayılsa da 2015–ci ilin sonlarından etibarən dünyada yayılmağa başladı. Hər dəfə kütləvi yoluxma halları gözlənilmədən başlayır, onun yayılmasının qarşısını almaq çətin olur. Ekspertlər yekdilliklə bildirirlər ki, növbəti epidemiya gözlənilmədən olacaq və bu qaçılmazdır. Cimmi Vaytvörs (Jimmy Whitworth), Gigiyena və Tropikal Tibb üzrə London Məktəbinin beynəlxalq ictimai səhiyyə professoru, bildirib ki, infeksiya xəstəlikləri sərhəd tanımır. Dünya Səhiyyə Təşkilatı hər ay müxtəlif yerlərdə bir xəstəliyin peyda olduğunu görür və buna qarşı mübarizə aparır. Keçirilən dərsdə Direktor müavini Ü.Rzayeva, şöbə müdiri D.Əskərov, psixoloq Z.Əliyeva, müəllimlər A.Axundzadə və A.Vəliyeva iştirak edirdilər.

 

                                                                                   Cəmil Quliyev

                                                                        Kollecin müəllimi, t.ü.f.d.

Bir cavab yazın