Kollecdə “Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar (PHS) və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və təhlükəsizlik tədbirləri”

Kollecdə “Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar (PHS) və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və təhlükəsizlik tədbirləri”

7 dekabr 2021–ci il tarixində “Pedaqogika, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” FBK–nın müəllimi Tağı Abbasovun “Musiqi” ixtisasının I kursunda açıq dərsi keçirildi. İlk əvvəl FBK sədri Farid Salayev mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, Mina və digər hərbi sursatların təhlükəsinə dair maarifləndirmənin əsas məqsədi əhalini təhükəsizlik qaydaları ilə tanış etmək, mina və digər hərbi sursatların təhlükəsinə dair maarifləndirmək, hərbi sursatlarla bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün onlarda zəruri bilik və vərdişləri formalaşdırmaqdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisinin böyük bir hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində münaqişə və müharibə bölgəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə nəticələnmiş və işğal altında olan torpaqlarımız azad edilmişdir. Bu torpaqların əksər hissələri minalandığı üçün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurəti daha da aktuallaşmışdır. Azad edilmiş ərazilərdə mütəmadi olaraq mina partlayışının baş verməsi böyük fəlakətlərə səbəb olur. Böyük əraziyə səpələnmiş hərbi sursatlar daim yeni fəlakətlərə səbəb olacaq risklər yaradır. Belə risklərdən biri də vətəndaşlarımızın mina və PHS-lərlə bağlı məlumatsızlığıdır. Bəzən təmizlənmiş ərazilərdə belə zərərsizləşdirilmiş minalar aşkar edilir. Qeyd etmək lazımdır ki, indiyədək ölkəmizdə insanların mina və PHS-lərin qurbanına çevrilməməsi üçün bu sahədə çox ciddi maarifləndirmə işləri aparılmış və hazırda bu istiqamətdə işlərdə davam edir. Fənn müəllimi Tağı Abbasov keçirilən dərsin mövzusu “Döyüş təminatı. Motoatıcı manqanın mövqeyi və mühəndis maneələri” haqqında məlumat verərək dərsə yekun vuruldu.

Bir cavab yazın