Kollecin müəllim və tələbələri «Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Şuşa ilinə həsr olunmuş» tədbirdə iştirak etdilər.

Kollecin müəllim və tələbələri «Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Şuşa ilinə həsr olunmuş» tədbirdə iştirak etdilər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə və Şuşa ilinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev” mövzusunda elmi-nəzəri praktik konfrans 07 may 2022-ci il tarixində Masallı ASAN Xidmət kompleksinin İncəsənət məktəbində Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB), Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı rayon Mədəniyyət İşçilərinin Azad Həmkarlar təşkilatının, Masallı Dövlət Regional Kollecinin, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilaçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev” mövzusunda elmi- nəzəri praktik konfrans keçirilmişdir. Konfransda geniş məruzə ilə çıxış edərək bildirilmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış Neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Konfransda Kollecin müəllimi tar.ü.f.d. Cəmil Quliyev “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etmişdir. Sonda xatirə şəkli çəkilmişdir.

Bir cavab yazın