Kollecdə böyük şair və dramaturq Əhməd Cavadın 130 illiyinə həsr olunmuş seminar keçirildi.

Kollecdə böyük şair və dramaturq Əhməd Cavadın 130 illiyinə həsr olunmuş seminar keçirildi.

17 noyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş elmi seminar keçirildi. Seminarda çıxış edənlər Əhməd Cavadın Azərbaycan xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutmasını qeyd etdilər. Milli tariximizin ən parlaq səhifə kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini – Azərbaycan marşını yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir. Azərbaycan var olduqca bu yer onun olacaq. Tədbirdə Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Bir cavab yazın