Kollecdə maarifləndirici tədbir keçirildi.

Kollecdə maarifləndirici tədbir keçirildi.

23 noyabr 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Bərk məişət tullantılarının idarə edilməsi sahəsində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işinin gücləndirilməsi” istiqamətində təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin həyata keçirilməsi məqsədi ilə açıq dərs keçirildi. Fənn müəllimi Zakir Ramazanlı bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi informasiyayönlü vəsaitlərin nəşri və bu sahədə çalışanlara çatdırılmasının təmin edilməsi, ictimaiyyət arasında tullantıların çeşidlənməsi ilə bağlı maarifləndirici xarakterli çıxış etdi.

Bir cavab yazın