LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 20 yanvar faciəsinin 33–cü ildönümü ilə bağlı tədbir keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 20 yanvar faciəsinin  33–cü ildönümü ilə bağlı tədbir keçirildi.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Kollecdə tələbə və müəllimlərin, şəhid ailə üzvlərinin iştirakı ilə tədbir təşkil olundu. Əvvəlcə Kollecin akt zalında tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova 20  Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. Çıxış edənlərdən “Tarix və ictimai elmlər” FBK–nın müəllimi Qətilə Şükürova, direktor köməkçisi t.ü.f.d. Cəmil Quliyev Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Kollecin müəllimi İlqar Əliyevin kamançada müşayiəti ilə tələbələrin ifasında “20 Yanvar”a həsr olunmuş bədii kompozisiya səsləndirildi.
Tədbirin sonunda videoçarx nümayiş olundu.

Bir cavab yazın