Kollecdə 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə tədbir keçirildi.

Kollecdə 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə tədbir keçirildi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib. Direktor Leyla İbrahimova Kollecin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib. 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən Kollec rəsmisi ötən tarixi dövr ərzində qadınların ictimai-siyası fəallıqlarının inanılmaz şəkildə artdığını, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrildiyini deyib. Bu inkişafın özünü Azərbaycan qadınının timsalında aydın göstərdiyini vurğulayan Leyla İbrahimova Kollecin əldə etdiyi uğurlarda çalışan xanım əməkdaşların böyük əməyinin olduğunu qeyd edib, minnətdarlıq bildirib, bayram arzularını çatdırıb. Sonda Kollecin “İnstrumental  ifaçılıq və vokal sənəti” FBK-sı ilə Tələbə Gənclər Təşkilatının  hazırladıqları musiqi nömrələri yadda qalan oldu. 8 mart qadınlar günü münasibəti ilə Kollecdə çalışan bütün qadın əməkdaşlara pul mükafatları verilib.

Bir cavab yazın