“Sən elə bir zirvəsən…”

“Sən elə bir zirvəsən…”
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin davamı olan növbəti tədbir keçirilib. Tədbirdə ulu öndərin sevdiyi və ona həsr edilmiş, həmçinin azərbaycançılığı, vətənpərvərliyi təbliğ edən əsərlərdən ibarət “Sən elə bir zirvəsən…” adlı möhtəşəm konsert proqramı olub.
Konsert proqramında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təhsil alan tələbələr maraqlı musiqi nömrələri ilə çıxış ediblər,ulu öndərin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramından sonra LDU-nun rektoru, prof. Natiq İbrahimov çıxış edərək maraqlı və məzmunlu konsertin təşkilatçılarına, ifaçılara minnətdarlıq bildirib.

Bir cavab yazın