20 may 2023-ci il tarixində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Təhsil festivalı” təşkil olunub

20 may 2023-ci il tarixində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Təhsil festivalı” təşkil olunub

20 may 2023-ci il tarixində Astara rayonu Dənizkənarı bulvarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Təhsil festivalı” təşkil olunub. Festivalda Elm və Təhsil Nazirliyinin rəsmiləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər ümumilikdə 5000-dən çox izləyici iştirak edib.Sərgidə Lənkəran Dövlət Universiteti ilə birgə Kollecin təşkil olunan stendi və tələbələrin əl işlərindən ibarət sərgi qonaqların böyük marağına səbəb olub. Təşkil olunmuş festivalın bədii hissəsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbələrinin təqdim etdiyi konsert proqramı böyük rəğbətlə qarşılanıb.

Bir cavab yazın