Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Bu məqsədlə 15.04.2016 ci ildə  Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı,   Lənkəran Şəhər Gənclər və İdman idarəsi və Muzey rəhbərliyi  tərəfindən Lənkəran Diyarşünaslıq Müzeyində birgə tədbir kecirildi. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbə heyyəti muzeylə daha yaxından tanış oldular. Tədbirin əsas məqsədi tələbə və müəllimlərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək idi.

Tələbələrimizə bir daha bildirildi ki,  abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 20 faizini işğal etmiş erməni hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri qalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər həyata keçirir.
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük zəhməti və gərgin çalışması nəticəsində İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” tarix-etnoqrafiya qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” tarix mədəniyyət qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” tarix-memarlıq qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1505 ədəd yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

70

77  7674

727173

Bir cavab yazın