Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar Şirvan şəhərində keçirilib

Futzal üzrə Respublika birinciliyi çərçivəsində növbəti yarışlar Şirvan şəhərində keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir. 40-a yaxın komandanın qatıldığı Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

Çempionat çərçivəsində növbəti oyunlar 25.04.2016-27.04.2016 ci il tarixlərində Şirvan şəhərində  keçirilmişdir. Lənkəran Dövlət Humanitar Kollecinin komandası bu mərhələdə 6 xal toplayaraq növbəti mərhələyə vəsiqə qazanmışdır.  Komandamız Şamaxı Humanitar Kollecinə 5 : 1, Sabirabad Sosial İqtisad Kollecinə isə 9 : 4 hesabı ilə qalib gəlmişdir. Bu münasibətlə kollecin direktoru Ruslan Həmidov komanda üzvləri və məşqçilərlə görüşdü, onları qazandıqları qələbələr münasibətilə təbrik etdi və növbəti mərhələlərdə də uğurlar arzu etdi. Direktor onları daha da ruhlandırmaq məqsədilə bildirdi ki, Pedaqoji Şurada qəbul etdiyimiz qərarə əasasən Respublika birinciliklərində, istər idman yarışlarında, istərsə də müsabiqələr, olimpiadalarda və s. yarışmalarda ilk 3 yerdən birini tutan tələbə və onu bu yarışmaya hazırlayan müəllim kollec tərəfindən  müvafiq olaraq mükafatlandırılacaq.

20160426_140402 20160427_14504220160426_135824 20160427_134309 20160427_141503

20 21

Bir cavab yazın