31 mart soyqırımından 103 il ötür

31 mart soyqırımından 103 il ötür

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan xalqının yaşadığı ən qanlı və dəhşətli səhifələrindən biri olan 31 mart Azərbaycanlıların soyqırımı gününün 103-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi. Onlayn keçirilən tədbir soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutu ilə başladı. Kollecin direktoru dosent Ruslan Həmidov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanı imzalamasından 23 il keçir. Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan 31 mart soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar terror aktlarından biridir. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən haqq savaşımız soyqırıma xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirdi. Qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi. Mart soyqırımının 103-cü ildönümü ilə əlaqədar olaraq kollecdə foto sərgi təşkil edilmişdir.

Sonra məruzə üçün söz Kollecin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevə verildi. Məruzəçi bildirdi ki, artıq neçə illər, əsrlərdir ki, xalqımız erməni vəhşiliklərindən əziyyət çəkir. Ermənilərin zaman-zaman törətdikləri cinayət xalqımızı təşvişə salsa da, düşmənlərimiz üçün adi qarşılanır. Məruzəçi qeyd etdi ki, Lənkəran 1918–ci ilin mart–aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40–dək yaşayış məntəqəsi yandırılmaqla  yerlə–yeksan olunub, 2000–dən çox dinc sakin qətlə yetirilib.Görünür belə vəhşiliklər ermənilərin genetik xüsusiyyətlərindəndir və onlar belə hərəkətlərdən zövq alırlar. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Kollecin Tələbə Gənclər təşkilatının sədri Elnarə Miriyevaya soyqırımla bağlı öz fikirlərini bildirdi. Kollecin III kurs tələbəsi Fidan Dadaşzadə və II kurs tələbəsi Sərvər Məmmədova soyqırım şəhidləri haqqında hazırladıqları “Azadlıq” adlı şerini söylədilər. Onlayn anım tədbiri 31 mart soyqırım faciəsinin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başa çatdı.

 

Dəyanət Əskərov

Kollecin “Aqrar və Texnoloji” şöbə müdiri

Bir cavab yazın