Diplomqabağı təcrübələrin yekun konfransı keçirildi

Diplomqabağı təcrübələrin yekun konfransı keçirildi

31 may 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecin buraxılış kurs tələbələrinin diplomqabağı təcrübələrinin yekun konfransı keçirildi. Konfrans zalı təcrübəçi tələbələrin təcrübədə hazırladıqları əyani vəsaitlərlə bəzənmişdi. Korfransı giriş nitqi ilə açan kollecin direktoru dos. Ruslan Həmidov konfransa dəvət olunmuş təcrübə keçirilən müəssisələrin rəhbər və nümayəndələrini salamladı, təcrübələrin əhəmiyyəti, mütəxəssiz hazırlığı prosesində zəruruliyi barədə məlumat verərək bu il aparılan təcrübələrdə qazanılan uğurlar müşahidə edilən nöqsanlar haqqında konfrans iştirakçılarını ətraflı məlumatlandırdı. Sonra söz kollecin təcrübə rəhbəri Sevər Əhmədovaya verildi. Təcrübə rəhbəri təcrübələr zamanı şəkilmiş materiallardan hazırlanan videomaterialları nümayiş etdirməklə bildirdi ki, kollecin IV D ”Texnologiya müəllimliyi”, IV K ”İnformatika müəllimliyi”, IV V ”Təsviri incəsənət müəllimliyi”, IV B ”Texnologiya müəllimliyi”, IV N ”Fiziki tərbiyə müəllimliyi”, VI Q ”İbtidai sinif müəllimliyi” qruplarının tələbələri Lənkəran şəhər 1 saylı tam orta məktəbdə, IV A ”İbtidai sinif müəllimliyi”, IV B ”İbtidai sinif müəllimliyi”, IV Z ”İbtidai sinif müəllimliyi”, IV C ”Texnologiya müəllimliyi”, IV Ç ”Texnologiya müəllimliyi”, IV T ”Təsviri incəsənət müəllimliyi”, IV L ”İnformatika müəllimliyi”, IV M ”Fiziki tərbiyə müəllimliyi” qruplarının tələbələri Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb liseydə,  “Arxiv işi və kargüzarlıq” ixtisasının tələbələri Azərbaycan Respublikasının Dövlət Arxivinin Lənkəran filialında, “Muhasibat uçotu” ixtisasının tələbələri LDHK-nın muhasibatlığında, “Məktəbəqədər təlim tərbiyə” ixtisasının tələbələri 9 saylı körpələr evi-uşaq baxçasında, “kitabxana informasiya təminatı” ixtisasının tələbələri Lənkəran rayon mərkəzi kitabxanasında təcrübədə olmuşlar. Sonra 11 nəfər tələbənin təcrübədə iştirak etməməsi, metodist, psixoloq və pedaqoqların fəaliyyəti, sınaq dərslərinin təhlili, icmalların tərtibi və s. haqqında ətraflı məlumat verərək hesabatını tamamladı. Konfransda təcrübəçi tələbələrdən, metodist və pedaqoqlardan bir necəsi çıxış edərək təcrübələrin yaxşı təşkilinə görə minnətdarlıqlarını bildirərək, müəyyən tövsiyyələrini də bildirdilər. Baza müəssisəsinin rəhbərlərindən 9 saylı körpələr evi-uşaq baxçasıının müdiri Ülkər Nuriyeva çıxış edərək təcrübələrin mütəşəkkil keçirilməsinə və təcrübəçilərin normal nəzəri biliklərə malik olduqlarına görə kolleç rəhbərliyinə təşəkkürünü bildirdi. Tələbələrdən Şövkət Kələntərli, Gültəkin Babayeva, Xəyalə Əlizadə, Sahibə MəmmədzadəAynur Ağayeva çıxış edib təcrübələrdə qazandıqları peşə vərdişləri və peşə etikalarına görə metodis və müəssisə rəhbərlərinə təşəkkürlərini bildirdilər. Metodist müəllimlərdən Almaz Əbilova, Esmira Şükürova, Təranə Təhməzova çıxış edərək təcrübələrin təşkilində göstərdiyi diqqət və qayğıya görə kollec kollecin direktoruna minnətdarlıq bildirdilər. Konfransda təçrübələrin yaxşı təşkili üçün müvafiq şərait yaradaraq köməkliklər göstərən müəssisə rəhbərlərinə kollec rəhbərliyi tərəfindən təşəkkür məktublarının göndərilməsi qərara alındı. Sonda direktor Ruslan Həmidov gələcəkdə təcrübələrin daha da səmərəli kecirilməsi üçün metodik tövsiyyələr və əməli tapşırıqlar verərək konfransı bağlı elan etdi.

DSC_0176 DSC_0193 DSC_0204 DSC_0212 DSC_0215 DSC_0216 DSC_0220 DSC_0227 DSC_0230 DSC_0242 DSC_0244

Bir cavab yazın