Lənkəran Dövlət Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının “Özünü təqdim et” lahiyəsi keçirildi

Lənkəran Dövlət Humanitar Kollecində Tələbə Gənclər Təşkilatının “Özünü təqdim et” lahiyəsi keçirildi

29 noyabr 2019-cu il tarixində Lənkəran Şəhər Gənclər İdman idarəsinin və Lənkəran Dövlət Humanitar Kollecinin TGT–nın birgə təşkilatçılığı ilə “Özünü təqdim et” lahiyəsi keçirildi. Tədbirdə Kollecin direktoru dos. R.Həmidov, Lənkəran şəhər gənclər və idman idarəsinin məsləhətçiləri M.Əliyev, Ə.Nurullayev, kollecin direktor müavini Ü.Rzayeva, müəllimlər t.ü.f.d. C.Quliyev, F.Salayev, F.Əbilov, T.Abbasov, E.Əsgərov, sayt üzrə mütəxəssis A.Axundzadə LDHK TGT–nın üzvləri iştirak edirdilər. İlk əvvəl giriş sözü ilə Kollecin direktoru R.Həmidov çıxış edərək bildirdi ki, Tələbə  Gənclər Təşkilatının üzvləri  kollecin  və  eləcədə  rayonumuzun  ictimai–siyasi həyatında aktiv iştirak edirlər.  TGT  “Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən TGT –nın əsasnaməsi”nə  uyğun  olaraq  işlərini  qurmuş  və  fəaliyyət  göstərmişdir. Natiq dövlətin gənclərə olan daimi qayğı və diqqətindən, yaradılan gözəl şəraitdən danışdı. Sonra o, Kollec TGT–nin son illər ərzində göstərdiyi fəaliyyət  haqqında  söhbət  açdı  və  bu  fəaliyyəti  yüksək  dəyərləndirdi, TGT–nın işinə uğurlar arzuladı. Gənclər İdman İdarəsinin məsləhətçisi M.Əliyev lahiyə barədə məlumat verdi. Daha sonra Kollecin TGT sədri Sumarə Bağırzadə lahiyələr barədə auditoriyanı məlumatlandırdı və lahiyə təqdim edən tələbələri muzakirəyə dəvət etdi. Kollecin tələbələri Elza və Güldanə “Yanar bulaq kompleksi”, Elnarə və Lalə “Sosial medya”, Elanora və Nərmin “Musiqi və rənglərin əlaqəsi”, Məmmədəli “Azərbaycanda ilk kontarkultura”, Fidan “Musiqinin gözəlliyi, piano aləti”, Elnur “Bayağı musiqi və professional musiqinin fərqi”, Jalə “Məişət zorakılığı” mövzusunda lahiyələrini təqdim etdilər. Sonda bir qrup müəllim və tələbəyə Gənclər İdman İdarəsinin fəxri fərmanı təqdim edildi.

Bir cavab yazın