Fidan Dadaşzadənin beynəlxalq uğuru.

Fidan Dadaşzadənin beynəlxalq uğuru.

Respublikamızın paytaxtı Bakı şəhərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
məktəb-studiyasının 40 illiyinə həsr olunmuş akademik, xalq və caz musiqisi ifaçılarının
videoyazılar əsasında birinci beynəlxalq müsabiqəsi keçirilmişdir. Layihənin müəllifi, eyni
zamanda münsiflər heyətinin həmsədri BMA-nın məktəb-studiyasının direktoru, Əməkdar
İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov olan
müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri, akademiyanın rektoru, Xalq
artisti, professor Fərhad Bədəlbəyli olmuşdur. Müxtəlif yaş qrupları üzrə keçirilən
müsabiqədə 17-24 yaş qrupu üzrə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və
Aqrar-Texnoloji Kollecinin «İnstrumental ifaçılıq» FBK-nın müəllimi Sevinc Eyvazovanın
tələbəsi «Fortepiano» ixtisasının III kurs tələbəsi Fidan Dadaşzadə müvəffəqiyyətlə iştirak
etmiş və yaş qrupu üzrə iştirak etdiyi yarışmada qalib gələrək Diplomant adına layiq
görülmüşdür. Kollecimizin tələbəsi Fidan Dadaşzadəni təbrik edir, gələcək işlərində yeni yeni uğurlar arzulayırıq.

Bir cavab yazın