Şəhidin ailəsi ziyarət olundu

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin əməkdaşları 27 sentyabr Anım günündə şəhid leytenant Emil Qurbanovun xatirəsinə Lənkəran rayonu, Girdəni kəndində inşa edilmiş bulağını ziyarət etmişlər. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi Anım tədbirində Kollecin müəllimləri şəhidin keçdiyi həyat yolu haqqında ətraflı çıxış etmişlər. Daha sonra şəhidin ev muzeyini ziyarət etmişlər. Qeyd edim ki, Şəhid Emil Qurbanovun qızı Emilyaxanım Qurbanlı Kollecin IV kurs tələbəsidir.

Bir cavab yazın