Kollecin əməkdaşları şəhidin adını daşıyan bulağı ziyarət etdilər

Kollecin əməkdaşları şəhidin adını daşıyan bulağı ziyarət etdilər

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşları 27 sentyabr Anım günündə şəhid baş leytenant Həsənağa Abdullayevin xatirəsinə Lənkəran şəhərində inşa edilmiş bulağı ziyarət etmişlər. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi Anım tədbirində Kollecin müəllimləri şəhidin keçdiyi həyat yolu haqqında ətraflı çıxış etmişlər. Qeyd edək ki, Şəhid Həsənağa Abdullayevin həyat yoldaşı Kollecin müəllimidir. İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən kampaniya -“Məşğulluq marafonu”nun başladılması ilə Kollecimizdə vakant yer üzrə işə qəbul edilmişdir.

 

Bir cavab yazın