YAP Lənkəran rayon təşkilatı LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ərazi partiya təşkilatının hesabat seçki yığıncağı keçirildi.

YAP Lənkəran rayon təşkilatı LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ərazi partiya təşkilatının hesabat seçki yığıncağı keçirildi.

 

15 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec ərazi partiya təşkilatında hesabat seçki yığıncagı keçirildi. Yığıncaqda ərazi partiya təşkilatında hesabat dövründə görülən işlər geniş müzakirə olundu qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Ərazi partiya təşkilatının sədri Ruslan Həmidov məruzəsində bildirdi ki, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollec ərazi partiya təşkilatı 1997–ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində Kollecin 500–dən artıq tələbə və əməkdaşları YAP üzvü olmuşdur. Hal–Hazırda Kollec ərazi partiya təşkilatında 132 nəfər qeydiyyatdadır. Onlardan 12–i nəfəri pensiyaçı, 11 nəfəri işsizdir. Hər ay Kollecin YAP üzvü əməkdaşlarının əmək haqqının 1%–i məbləğində 445,76 manat olmaqla YAP–ın büdcəsinə köçürülür. Hal–hazırda təşkilat üzvlərindən 16 nəfəri kişi 93 nəfəri qadındır. Gənclərin sayı 43 nəfərdir. Kollec ərazi təşkilatı 2018–2022–ci illər ərzində Partiyanın ictimai–siyası həyatında yaxından iştirak etmişdir. Belə ki, Kollec əməkdaşları 2018–ci ildə keçirilən Prezident, 2019–cu ildə Bələdiyyə, 2020–ci ildə Parlament seçkilərində 73 saylı Lənkəran şəhər və 74 saylı Lənkəran kənd seçki dairəsinin əhatə etdiyi bir neçə məntəqədə müşahidəçi, məşvərətçi və vəkil qismində fəal iştirak etmişlər. Ən əsas məsələ 27 sentyabr 2020–ci ildən başlayan 44 günlük Vətən müharibəsi 30 illik işğala son qoydu. İndi hər bir vətəndaşımız azərbaycanlı olmaq qürurunu yaşayır. Bu tarixi qələbəni müəyyənləşdirən bir cəhət də onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu qələbəni əldə etməklə öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb. 30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarınını işğaldan azad etdi. İkincisi, möhtəşəm qələbənin əldə olunmasında güclü Azərbaycan dövləti rol oynadı. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyi təmin etməkdir. Azərbaycan dövləti də bunu etdi. Digər tərəfdən, qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, cəngavər hərbçilərimizdir. Güclü ordumuz olmasaydı,  öz torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu. Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu  o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün  Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz  hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və   30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik.

Ərazi təşkilatı ötən hesabat dövründə Respublikada və rayonda keçirilən bütün siyasi kampaniyalarda seçiciləri səfərbər edə bilmiş partiyanın və dövlətin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində xüsusi fəallıq göstərmişdir. Ərazidə əhalinin bir amal uğrunda Ulu öndərimiz Heydər Əliyevin biz azərbaycanlılara vəsiyyət etdiyi doğma Azərbaycanın daha da çiçəklənməsi üçün əlindən gələni əsirgəməmişdir. Mən və siyasi həmkarlarım bir mənalı şəkildə ərazi ilk təşkilatının ötən hesabat dövründəki fəaliyyətini qənaətbəxş kimi qiymətləndirilməsinə razıyam.

Yığıncaqda təşkilati məsələlərə baxılaraq, Kollec ərazi partiya təşkilatına Kollecin direktoru dosent Ruslan Həmidov sədr, Kollecin müəllimi tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev sədr müavini seçildi.

Bir cavab yazın