Kollecdə maarifləndirici tədbir keçirildi.

Kollecdə maarifləndirici tədbir keçirildi.

FHN-nin Cənub Regional Mərkəzinin 2022-ci il üçün  Hazırlıq planına uyğun olaraq  01.03.2022-ci il tarixində Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin  müəllim və tələbə kollektivi ilə FHN-nin Cənub Regional Mərkəzi tərəfindən DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə “1 mart – Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi; Könüllülərin rolu və pandemiya ilə mübarizə”  mövzusunda videokonfrans formatında keçirilən maarifləndirmə tədbirində 35 nəfər kollecin müəllim və tələbə kollektivinə “1 Mart – Ümumdünya  Mülki Müdafiə Günüdür” mövzusunda FHN-nin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Renad Nuriyev, “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi; Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, mayor Elçin Mustafayev, “Mülki müdafiə sahəsində gənclərin maarifləndirilməsinin əhəmiyyəti” mövzusunda Mərkəzin Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov və “Odsöndürücü balonlardan istifadə qaydaları” mövzusunda DYNX-nin Cənub Regional DYNİ-nin Dövlət Yanğın Nəzarəti şöbəsinin rəisi, d/x polkovnik-leytenantı Samir Kərimov çıxış edərək mövzularla bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar. Tədbirdə Kollecin İnzibati və təsərrüfat işləri üzrə direktor ümavini Məsud Vəliyev, Komendant Emil Nəsirli, Mülki müdafiə qərargah rəisi Aydan Vəliyeva, Mülki müdafiə qərargahının mühəndisi Rafiq Rəsulov, Təmir tikinti və təhlükəsizlik üzrə mühəndis İlqar Əliyev və tələbələr iştirak edirdilər.

Bir cavab yazın