Kollecdə «İdman həftəsi» çərçivəsində tədbir keçirildi

Kollecdə «İdman həftəsi» çərçivəsində tədbir keçirildi

Lənkəran şəhərində “İDMAN HƏFTƏSİ” çərçivəsində keçirilən tədbirlərin davamı kimi Kollecdə yarış keçirilmişdir. 5 mart – “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə” rəhbəri Farid Salayev bildirdi ki, “Bədən tərbiyəsi və idman günü” dövlətimizin idmana olan diqqət və qayğısının bariz nümunəsidir. Keçirilən yarışda Atletika idman növü üzrə yerindən uzununa tullanma, qaçaraq uzununa tullanma və 30 metr məsafəyə qaçış həyata keçirilmişdir. Yarışda 35 nəfər iştirak etmişdir.

Bir cavab yazın