Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.

Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilib və 30 ildir ki, partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir. Şübhə yoxdur ki, Azərbaycanda həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında da iqtidar partiyası kimi YAP-ın aparıcı rolu var. Eyni zamanda, reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən birinə çevrilib. Bir sözlə, Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır”. Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP 800 minə yaxın üzvü olan böyük gücə çevrilib və bu üzvlərin də böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar. 1 il öncə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı idi: “Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin və milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, partiyada birinci müavin postunun təsis olunması və bu vəzifənin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edirdi. Bu mənada, YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.

Ruslan Həmidov — YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir