Kollecin tələbəsi təcrübə dərsi keçdi

Kollecin tələbəsi təcrübə dərsi keçdi

07 aprel 2022-ci il tarixində Kollecin IV kurs “Texnologiya müəllimliyi” ixtisasının təcrübə keçən tələbəsi, Emilyaxanım Qurbanlı (şəhid Emil Qurbanovun qızı) Lənkəran şəhər 10 saylı tam orta məktəbin 8Ç sinifində keçdiyi icmal dərsin mövzusu “Un məmulatlarının hazırlanması texnologiyası – paxlava” adlanırdı. Keçirilən dərsdə Kollecin direktor müavini Ülviyyə Rzayeva, direktor köməkçisi Cəmil Quliyev, təcrübə rəhbəri Sevər Əhmədova, 10 saylı məktəbin direktor müavini, Emin Quliyev (muharibə iştirakçısı, polkovnik-leytenant), fənn müəllimləri Vüsalə Quliyeva və Dilarə Abbasəliyeva iştirak edidilər.

Bir cavab yazın