LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə yaz semestrinin imtahan sessiyası davam edir.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə yaz semestrinin imtahan sessiyası davam edir.

3 iyun 2022–ci il tarixindən LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2021/2022–ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. İmtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 2022–ci il tarixli F–282 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir. Kollecdə bütün korpuslar üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00–da başlayıb 11.30–da sona çatdırılır. İmtahan nəticələrinin Kollecin rəsmi saytında (www.ldhk.edu.az) operativ yerləşdirilməsi təmin edilir. Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə direktor Ruslan Həmidovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb (025–5–27–07; 025–5–30–59). 2021/2022–ci tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 03.06.2022–ci il tarixindən 05.07.2022-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün 06.06.2022–ci il tarixindən 10.06.2022–ci il tarixinədək keçirilir.

Bir cavab yazın