LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Anım günü”nə həsr edilmiş tədbir keçirildi.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Anım günü”nə həsr edilmiş tədbir keçirildi.

27 sentyabr 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “27 sentyabr – Azərbaycanda Anım Günüdür” adlı tədbir keçirildi. İlk əvvəl Kollecin direktor vəzifəsini icra edən Leyla İbrahimova Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sukutla yad etdi. Sonra çıxış edərək bildirdi ki, 27 sentyabr 2020–ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və II Qarabağ müharibəsinə çevrilmişdir.Məruzə üçün söz Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyevə verildi. Məruzəçi bildirdi ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbay-can Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2022-ci il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir. Mövzu ətrafında çıxışlarda Kollecin müəllimləri Qətilə Şükürova, Nərgiz Əkbərova, Ülviyyə Rzayeva müharibə iştirakçısı olan əməkdaş və tələbələrdən Mayis Hüseynli, Samid Xudadlı, Fərid Vəliyev, Nicat Baxşızadə 44 günlük Vətən müharibəsindən söz açdılar.

Tədbirdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, şöbə müdirləri İlahə Əyyubova, Gülayə Talışxanova, psixoloq Zülfiyyə Əliyeva, müəllimlər Farid Salayev, Həbib Həbibi, Kollecin komendantı I Qarabağ müharibəsi veteranı Emil Nəsirli  və tələbələr iştirak edirdilər.

                                                                 

                                                                                Ülviyyə Rzayeva

                                                   Kollecin tərbiyə işləri üzrə direktor müavini

 

 

 

 

                                                                      

 

Bir cavab yazın