27 sentyabr Anım günü

27 sentyabr Anım günü

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin kollektivi 27 sentyabr 2022-ci il tarixində 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfər yolu, Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi və hərbi iradəsi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi. Xalqımız bir yumruq ətrafında sıx birləşdi. Bu birlik və həmrəylik özünü “Dəmir Yumruq”da təcəssüm etdirərək Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldı. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!

Bir cavab yazın