Kollecdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.

Kollecdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.

10 oktyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2024-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən “İnsan alverinə qarşı mübarizə“ mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin  İnsan alverinə qarşı mübarizə Baş idarəsinin əməkdaşları Sərxan Ağamirov, Söhrab Orucov, İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova, Lənkəran şəhər Gənclər və idman idarəsinin məsləhətçisi Yusif Xamiyev iştirak etmişdir. Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Çıxış edənlər ümumbəşəri problem olan  insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə  işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının  əhəmiyyətindən danışıblar. Gənclərimizi  hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıblar.

Tədbirdə Kollecin direktor vəzifəsini icra edən Leyla İbrahimova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, direktor köməkçisi t.ü.f.d. Cəmil Quliyev, psixoloq Zülfiyyə Əliyeva, müəllimlər Günel Abdullayeva, Nəzrin Paşazadə, Əkbər Novruzov və tələbələr iştirak edirdilər. Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Bir cavab yazın