Kollecdə zəfər gününə həsr edilmiş tədbir keçirildi

Kollecdə zəfər gününə həsr edilmiş tədbir keçirildi

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 8 noyabr “Zəfər Günü” nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Azərbaycan tarixinin şanlı   səhifəsi olan 8 noyabr Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.FBK sədri Günel Abdullayeva,”Vokal sənəti” ixtisasının I kurs tələbəsi,qazi Samid Xudadlı,”Arxiv işi və kargüzarlıq” ixtisasının III  kurs tələbəsi,şəhid kapitan Rəşad Abdullayevin bacısı Aynur Bayramova,şəhid anası Nazilə Hüseynzadə çıxış edərək xalqımız üçün böyük tarixi qələbədən söz açdılar.Tədbirdə “Zəfər günü”nə həsr olunmuş keçirilən idman yarışlarının qalibləri təltif edildi.Zəfər gününə həsr olunmuş videoçarxın nümayi-şindən sonra tədbir başa çatdı.Sonda müharibə iştirakçıları və qazilərlə xatirə şəkilləri çəkildi.

 

Bir cavab yazın