Kollecdə “Məişət zorakılığına qarşı mübarizə və Erkən nigahların qarşısının alınması” mövzusunda tədbir keçirildi.

Kollecdə “Məişət zorakılığına qarşı mübarizə və Erkən nigahların qarşısının alınması” mövzusunda tədbir keçirildi.

21 noyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı ilə birgə “Məişət zorakılığına qarşı mübarizə və Erkən nigahların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə çıxış edənlər məişət zorakılığı və erkən nigahın təkcə ölkəmiz üçün deyi, bütün dünyada qlobal problem kimi dəyərləndirərək, ən ağrılı nəticələri, cəmiyyət üçün yaratdığı fəsadlar barədə məlumat veriblər. Bildirilib ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökümət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirilir.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib.

Bir cavab yazın