Kollecdə “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

Kollecdə “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

24 fevral 2023-cü il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tariximizin qan yaddaşı olan Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Xocalı soyqırımında və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanıldı.
Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolundan söz açdı. Kollecin tarix müəllimi Sevinc Bağırova məruzəsində bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Tarix müəllimi Ziya Əlinur və II kurs tələbəsi Aysun Abdullayeva çıxışlarında qeyd etdilər ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Daha sonra Kollecin tələbələrinin hazırladığı “Xocalı harayı” adlı səhnəcik təqdim olundu. Sonda isə videoçarx nümayiş olundu.

 

Bir cavab yazın