Kollecdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika ifa müsabiqəsi keçirildi.

Kollecdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika ifa müsabiqəsi keçirildi.

7 mart 2023-cü il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsi keçirilmişdir. 5 rayondan 13 iştirakçı iştirak etmişdir. Müsabiqədə şeir, mahnı, təsnif və xalq mahnıları, rəqs üzrə nominasiyalar keçirildi. Müsabiqədə münsiflər heyətində Elm və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdirləri Sevda Quliyeva və Leyla Nəsirova, dərnək rəhbəri Ceyhun Qənbərov iştirak etdilər.

Bir cavab yazın