Kollecdə “Şəhərimizin elm xadimlərinin və tanınmış ziyalılarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş” maarifləndirici tədbir keçirildi.

Kollecdə “Şəhərimizin elm xadimlərinin və tanınmış ziyalılarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş” maarifləndirici tədbir keçirildi.

27 aprel 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran şəhər Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə “Şəhərimizin elm xadimlərinin və tanınmış ziyalılarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş” maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar  silsilə tədbirlərin davamı olan bu tədbirin əhəmiyətindən danışdı.Tədbirdə çıxış edən Lənkəran şəhər Ağsaqqallar şurasının sədri Hüseynov Eldar, sədr müavini Bağırov Güloğlan və Şura üzvlərindən Gənciyev Təyyar, publisist şair, prezident təqaüdçüsü Süleymanlı Siyavuş  Azərbaycanın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından geniş məlumat verdilər. Tədbirin sonunda “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş” videoçarx nümayiş etdirildi.

Bir cavab yazın