Kollecimizdə ilk – peşə və orta ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin II zona mərhələsi keçirildi.

Kollecimizdə ilk – peşə və orta ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin II zona mərhələsi keçirildi.

 Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ilk – peşə və orta ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin II zona mərhələsi keçirildi. Müsabiqəni giriş sözü ilə Kollecin direktoru Ruslan Həmidov açaraq,  müsabiqə iştirakçılarına uğurlar arzuladı.

konkurs1

Müsabiqədə Astara Pedaqoji Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Masallı Texniki Peşə, Lənkəran Tibb Kolleci, Biləsuvar Peşə Liseyi, Masallı Pedaqoji Kollec, Cəlilabad Peşə Liseyi iştirak etdi. Münsiflər heyyətinin sədri Kollecin direktoru Ruslan Həmidov üzüvlər  isə Kərimli.F, Əsgərova N, Əliyev İ, Hüseynov Ə idi.

Müsabiqə 4 nominasiya üzrə keçirildi.
1. Mahni nominasiyası.
2. Təsnif və xalq mahnıları
3. Şeir nominasiyası
4. Rəqs nominasiyası.

Şeir nominasiyası üzrə birinci yerə Babayeva Nuranə Rafail qızı laiq görüldü (Astara Pedoqoji Kolleci)

Rəqs nominasiyası üzrə birinci yerə  Əbülfəzadə Mirəli Elşən oğlu laiq görüldü (Astara Pedoqoji Kolleci)

Mahnı nominasiyası üzrə birinci yerə  Veysəlova Nəzakət Kamil qızı laiq görüldü (Lənkəran Dövlət Humanitar Kolleci)

Təsnif və xalq mahnıları üzrə birinci yerə Əliyev Elgün Cabir oğlu laiq görüldü. (Lənkəran Dövlət Humanitar Kolleci)

konkurs3 konkurs2 konkurs4 konkurs5 konkurs6 konkurs7 konkurs8

Bir cavab yazın