Pedaqoji Şuranın növbəti iclası keçirildi

Pedaqoji Şuranın növbəti iclası keçirildi

22.04.2016-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin Pedaqoji Şurasının növbəti genişləndirilmiş iclası keçirildi.  İclası şuranın sədri, kollecin direktoru Ruslan Həmidov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi: 1.Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında; 2. FBK-lar da tədris və metodiki işlərin vəziyyəti; 3.Kollecin kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında; 4.Cari məsələlər. Gündəlikdə duran 1-ci məsələ ilə bağlı müvafiq şöbə müdirləri məlumat verdi və məsələ ilə bağlı qərar layihəsi müzakirə olunaraq qəbul olundu. FBK-lar da tədris və metodiki işlərin vəziyyəti ilə bağlı “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri Təravət Əmənova müvafiq əmrlə yaradılmış və özünün sədr olduğu komissiyanın arayışını oxudu və məsələ ilə bağlı verilən sualları cavablandırdı. Müvafiq qərar qəbul edildi. Kollecin kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında olan növbəti məsələ ilə bağlı kollec kitabxanasının müdiri Nigar Əsgərova məlumat verdi. Bu məsələ ilə də bağlı müvafiq qərar qəbul edildi. Gündəlikdə duran cari məsələlərlə bağlı sədr Ruslan Həmidov çıxış edərək bildirdi ki,  son günlərdə ölkəmizin Silahlı Qüvvələri tərəfindən düşmənin növbəti təxribat cəhdinə layiqli cavab verilməsi və aparılan uğurlu əməliyyatlar qələbə gününün yaxında olmasına inamımızı və millətimizin qələbə əzmini, vətənpərvərlik hissini daha da artırdı. Ön cəbhədə döyüşən zabit və əsgərlərimiz, ümumilikdə Silahlı Qüvvələrimiz öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, bir sıra zabit və əsgərlərimiz bu yolda canından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Hazırda ordumuz Ali Baş Komandan tərəfindən qarşıya qoyulan vəzifələri böyük əzmlə həyata keçirməkdə davam edir. Torpaqlarımızın düşməndən azad olunması və müdafiəsi işinə köməklik göstərilməsini arxa cəbhədə olan bir vətəndaş kimi özümüzə müqəddəs borc hesab edərək və bu işə töhfə vermək istəyilə kollec əməkdaşlarının aprel ayının əmək haqqından 1%  məbləğində vəsaitin tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna  köçürülməsini təklif etdi  məsələyə münasibət bildirilməsini şura üzvlərindən xahiş etdi.  Şura iclasında Lənkəran Dövlət Humanitar Kollecinin bütün əməkdaşlarının könüllü qaydada  aprel ayının əmək haqlarından 1%  məbləğində vəsaitin tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna  köçürülməsi, bunun üçün hər bir əməkdaşın fərdi şəkildə direktorun adına müvafiq ərizə ilə müraciət etməsi yekdilliklə qərara alındı.

 

 

1 2 3 4

Bir cavab yazın