Lənkəran Dövlət Humanitar Kollecində növbəti təcrübələrin başlanması ilə əlaqədar konfrans keçirildi.

Lənkəran Dövlət Humanitar Kollecində növbəti təcrübələrin başlanması ilə əlaqədar konfrans keçirildi.

16.02.2016-cı ildə Lənkəran Dövlət Humanitar Kollecində novbəti təcrübələrin təşkili ilə bağlı konfrans keçirildi. Konfransı giriş sözü ilə Kollecin direktoru Ruslan Həmidov açaraq mütəxəssiz hazırlığında təcrübələrin  əhəmiyyətindən danışdı. O, bildirdi ki,  təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin qazandıqları nəzəri biliklərin istehsalatda tətbiqi zamanı  müəyyən peşə vərdişləri aşılamaqdır.  Təcrübə zamanı hər bir təcrübəçi tələbə  təcrübə keçdiyi məktəbin və ya müəssisənin daxili intizam qaydalarına tabe olmalıdır. Hazırda təcrübə keçdiyi müəssisədə və gələcəkdə isə çalışacağı hər hansı bir əmək kollektivində təhsil aldığı kollecin nüfuzunu uca etməlidir.

Daha sonra  Kollecin təcrübə rəhbəri Sevər Əhmədova çıxış etdi :
Tələbələrimiz “Müşahidə” təcrübəsindən uğurla keçdilər. Bu gündən başlayaraq yəni 16 fevral 2016-cı il tarixindən 8 aprel tarixinədək “Mühasibat uçotu” ixtisasının tələbələri 8 həftəlik, 16 fevral 2016 cı il tarixindən 5 aprel 2016 cı il tarixinədək “İbtidai sinif müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “Texnologiya müəllimliyi”, “İnformatika müəllimliyi”, ixtisası tələbələri 7 həftəlik “Tədris sınaq” təcrübəsinə gedəcəklər. Təcrübənin ilk həftəsi tələbələr məktəblə tanış olur, təhkim olduğu sinifdə dərsləri dinləyir. Təcrübənin ikinci və sonraki həftələri təlim həftəsi adlanır. Həmin həftələrdə tələbə üç-sınaq, iki-zaçot dərs deməli, bir tərbiyəvi tədbir keçirməli və digər təcrübəçi tələbələrin sınaq və zaçot dərslərini dinləyərək onları təhlil etməlidir.

Daha sonra təcrübəçi tələbələr, metodist, pedaqoq, psixoloq və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı.

9

Bir cavab yazın