Voleybol birinciliyinə yekun vuruldu
01-03 may 2017-ci il tarixlərində Lənkəran Tibb Kollecinin, Lənkəran Dövlət Humanitar Kolleciin və Lənkəran şəhər Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş voleybol idman növü üzrə tələbə qızlar arasında birincilik keçirildi. Kollec birinciliklərində qalib olmuş komandaların final yarışması 03 may 2017-ci il tarixində Lənkəran Tibb Kollecinin idman meydançasında baş tutdu. Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin qalib komandaları arasında voleybol yarışmasını giriş sözü ilə Lənkəran Tibb Kollecinin direktoru t.ü.f.d., dos. İqbal Əmənullayev açaraq yarışma iştirakçılarına uğurlar arzuladı. Fəzail Əbilovun baş hakimliyi ilə keçən final qarşılaşmasında Kollecimizin tələbələri 2-0 hesabıyla məğlub olaraq II yer qazandılar. Sonda yarışma iştirakçılarına Lənkəran şəhər Gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verildi. Diplomları Lənkəran şəhər Gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin məsləhətçiləri Sadiq Həmidov və Əli Nurullayev təqdim etdilər.